AZ

"Nestlе" şirkəti 12 ton “KitKat” şokoladının oğurlandığını bildirib

Bakı. Trend:

İsveçrənin "Nestlе" şirkəti 12 ton və ya 413 793 ədəd "KitKat"şokolad batonunun oğurlandığını bildirib.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" qəzetixəbər verib.

Məlumata əsasən, bu şokoladlar yük maşını ilə birlikdə yoxaçıxıb. Şirniyyatlar İtaliyadakı fabrikdən Polşaya daşınarkən yoxaçıxıb.

Şirkət qeyd edib ki, oğurlanmış "KitKat" şokoladları qeyri-rəsmiolaraq satışa çıxarıla bilər.

Lakin bu halda belə onların mənşəyini ştrixkod vasitəsiləizləmək mümkün olacaq. Şokoladla örtülmüş vaflilərlə hazırlananbütün plitkaların ştrixkodları unikal olur. Buna görə də ştrixkodskan edildikdə dərhal məlumat görünəcək ki, bu oğurlanmışpartiyanın bir hissəsidir.

Seçilən
21
1
az.trend.az

2Mənbələr