AZ

“Formula 1” üçün nəzərdə tutulan 12 tondan çox şokolad Avropada oğurlanıb

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Nestle”nin sözçüsü “The Athletic”ə bildirib ki, “Formula-1” ilə tərəfdaşlıq çərçivəsində istehsal olunan 12 ton “KitKat” şokolad batonlarını daşıyan yük maşını Avropada oğurlanıb.

İdman.Biz bildirir ki, yük maşınında İtaliyanın mərkəzindən Polşaya 413.793 ədəd baton daşınırmış. Yük maşını yoxa çıxıb. Şirkətin məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.

“Biz həmişə insanları “KitKat”la fasilə etməyə təşviq etmişik, amma görünür ki, oğrular bunu çox sözün əsl mənasında qəbul ediblər və 12 tondan çox şokoladımızla fasilə ediblər. Oğruların müstəsna zövqünü qiymətləndirsək də, fakt faktlığında qalır: yük oğurluğu hər ölçüdə biznes üçün artan problemdir”, - deyə brendin sözçüsü açıqlamasında bildirib.

“KitKat” ötən il çempionatın 75-ci və brendin 90-cı ildönümləri çərçivəsində “Formula-1”in rəsmi şokolad batonu olub. Oğurlanmış batonların unikal partiya kodu var və bu da hər bir batonu izləməyə imkan verir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
icma.az

2Mənbələr