AZ

Hindistanda iqtisadi artım proqnozu aşağı salına bilər

Bakı, 29 mart, AZƏRTAC

Hindistanda aprelin 1-də başlayacaq növbəti büdcə ilində iqtisadi artım proqnozu aşağı salına bilər.

AZƏRTAC xəbər verir ki, hökumətin ötən gün çap olunmuş hesabatında illik iqtisadi artın 7-7,4 faiz səviyyəsində proqnozlaşdırılır. Lakin Yaxın Şərqdəki gərginlik artıq iqtisadi sahədə hiss olunur.

Hörmüz boğazının bağlanması Hindistanda yanacağın bahalaşması ilə yanaşı, logistikanı da çətinləşdirib. Paralel olaraq rupi də digər valyutalara münasibətdə dəyər itirib.

Hökumət aprel ayındakı vəziyyəti qiymətləndirərək iqtisadi artım proqnozuna yenidən baxmaq istəyir. İqtisadçılar proqnozun aşağı salınacağı qənaətindədirlər.

Seçilən
28
azertag.az

1Mənbələr