AZ

Sel suları qəbiristanlıqlara doldu

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şimal bölgəsində yağan güclü yağışlar bir neçə rayonda ciddi problemlər yaradıb, sel suları həyətlərə, evlərə, hətta qəbiristanlıqlara qədər dolub.Çəkilən görüntülərdən aydın olur ki, ən ağır vəziyyətlərdən biri Quba rayonunda qeydə alınıb. Amsarqışlaq və Alekseyevka kəndlərində yağıntıların intensivliyi nəticəsində fərdi yaşayış evlərinə su daxil olub, sakinlər çətin anlar yaşayıb.Xaçmazın Hacıəlibəy kəndində isə vəziyyət daha fərqli istiqamətdə inkişaf edib. Güclü yağışlardan sonra kanalizasiya xətləri yükə tab gətirməyib, nəticədə daşqın baş verib. Bu isə yaxınlıqdakı ərazilərlə yanaşı, kənd qəbiristanlığının da su altında qalmasına səbəb olub. Əraziyə texnika yönləndirilib, suyun çəkilməsi və fəsadların aradan qaldırılması üçün işlər aparılır.Şabran rayonu da sel təhlükəsi ilə üz-üzə qalan ərazilər sırasındadır. Rayon ərazisindən keçən Dəvəçi çayında suyun səviyyəsi sürətlə yüksəlib, çayboyu yaşayış məntəqələrində gərginlik yaranıb. Xüsusilə rayon mərkəzində bəzi evlərin su altında qalması vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. (xezer xeber)

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
50
demokrat.az

10Mənbələr