Ölkənin cənub sahilində, Fars körfəzi yaxınlığında yerləşən Bəndər-Xəmir rayonundakı (Hörmüzqan əyaləti) İranın Bəndər-Pol liman şəhərinin bombardman edilməsi nəticəsində azı beş nəfər həlak olub.
Xezerxeber.az bu barədə yerli "Tasnim" agentliyinə istinadən xəbər verir.
Daxil olan məlumatlara görə, Bəndər-Pola endirilən zərbə nəticəsində beş nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Bundan başqa, zərbələr səbəbindən iki gəmi və bir avtomobilə ziyan dəyib.