Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiyanın Ust-Luqa limanı bu gecə yenidən dron hücumuna məruz qalıb və nəticədə yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko gecə ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən 31 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Qeyd edək ki, Leninqrad vilayətinin Ust-Luqa limanının Ukrayna ordusu tərəfindən vurulmasından sonra limandan neft ixracı dayandırılmışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.