Yaxın Şərqdə baş verən qarşıdurma nəticəsində Fransada yanacağın qiyməti artıb.
Trend-in məlumatına görə, bu barədə "Figaro" qəzeti xəbər verib.
Məlumata əsasən, bahalaşmaya etiraz olaraq yük avtomobili sürücüləri Lyon şəhərində magistralı bağlayıblar. Onlar hökumətdən bahalaşmaya qarşı ciddi tədbirlər görməyi tələb ediblər. Hadisə nəticəsində 10 kilometrə çatan tıxac yaranıb. Polisin müdaxiləsindən sonra hərəkət bərpa olunub.
Marn şəhərində isə fermerlər oxşar tələblə aksiya keçiriblər.