"Barselona" 37 yaşlı hücumçusu Robert Levandovski ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Məlumata görə, Kataloniya klubu polşalı forvarda yeni müqavilə təklif edəcək. Mənbə sazişin müddətinin 1 mövsümü əhatə edəcəyini və sözügedən futbolçunun bu anlaşmaya imza atmaq üçün maaşının təxminən 50 faiz azaldılmasına razılaşmaq məcburiyyətində qalacağını bildirib. Levandovskinin yaxın vaxtlarda baş məşqçi Hans-Diter Fliklə görüşəcəyi, tərəflərin mövcud vəziyyəti ikilikdə müzakirə edəcəyi də diqqətə çatdırılıb.
Cari mövsüm "Barsa" forması ilə bütün turnirlərdə 37 matça çıxan Levandovski 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.
Toğrul