AZ

Bir neçə rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldılar

Bakının Sabunçu, Yasamal və Xətai rayonlarında oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu ərazisində "BYD" markalı avtomobildən qızıl qolbaq və qulaqlığın oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 27 yaşlı E. Xəlilov müəyyən edilərək saxlanılıb.

Analoji hadisə Yasamal rayonunda da qeydə alınıb. "Toyota" markalı avtomobildən qulaqlıq və digər əşyalar oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Q. Sultanov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Bundan başqa, Xətai rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs azyaşlı qızın 400 manat dəyərində qızıl sırğasını ələ keçirərək hadisə yerindən yayınıb. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı K. Əliyev müəyyən olunaraq saxlanılıb.

Seçilən
13
13
publika.az

10Mənbələr