AZ

Naxçıvan voleybolçuları Azərbaycan birinciliyinin qalibi olublar

Naxçıvan, 29 mart, AZƏRTAC

Bakı şəhərində 14 yaşadək oğlan və qız voleybolçular arasında Azərbaycan birinciliyini keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası iki komanda ilə təmsil olunub. Hər iki heyət uğurla çıxış edərək mükafatçılar sırasına düşüb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 14 yaşadək oğlanlardan ibarət “Naxçıvan” komandası bütün rəqiblərini məğlub edərək Azərbaycan birinciliyinin qalibi olub. Komanda dörddəbir final mərhələsində “Şərqi Zəngəzur RVK” üzərində 2:0, yarımfinalda “Sumqayıt RVK” üzərində eyni hesabla qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə “Oğuz RVK” ilə üz-üzə gələn “Naxçıvan” komandası rəqibini 2:0 hesabı ilə məğlub edərək Azərbaycan birinciliyinin qalibi olub.

Naxçıvanı 14 yaşadək qız voleybolçular arasında təmsil edən “Möminə Xatun” komandası isə üçüncü yeri tutub. Kollektiv üçüncülük uğrunda görüşdə “Şərqi Zəngəzur RVK” ilə qarşılaşıb. Gərgin və maraqlı keçən oyunda 2:1 hesablı qələbə qazanan Naxçıvan təmsilçiləri Azərbaycan birinciliyinin bürünc medallarına sahib çıxıblar.

Müxbir- Nail Əsgərov

Seçilən
50
5
azertag.az

10Mənbələr