AZ

Livan Səhiyyə Nazirliyindən BMT Təhlükəsizlik Şurasına MÜRACİƏT

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Livanın Səhiyyə Nazirliyi İsrailin tibb müəssisələrinə və təcili yardım maşınlarına hücumlarını pisləyərək, BMT Təhlükəsizlik Şurasından onların qorunması üçün tədbirlər görməsini tələb edib.

Redaktor.az bu barədə nazirlikdən verilən açıqlamada deyilir.

Bundan əlavə, zərbə alan xəstəxananın yaxınlığında təcili yardım maşınında olan iki tibb işçisi həlak olub. Döyüş təyyarələri həmçinin Tir yaxınlığındakı Deyr Kifah şəhərindəki İslam tibb mərkəzinə hücum edib.

Məlumatda deyilir: “Bu hücumlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Biz BMT Təhlükəsizlik Şurasını müharibə dövründə əhaliyə həyati əhəmiyyətli tibbi xidmətlər göstərən Livandakı səhiyyə sistemini qorumağa çağırırıq”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, mart ayında Livanda vəzifə başında həlak olan səhiyyə işçilərinin sayı 51-ə çatıb, 119 nəfər yaralanıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
30
redaktor.az

10Mənbələr