AZ

Salah üçün sensasion variant: Bu kluba keçə bilər

Bu yaxınlarda Məhəmməd Salahın 2025/2026 mövsümünün sonunda “Liverpul”dan ayrılacağı açıqlandı.

Publika.az xəbər verir ki, misirli futbolçu bu yay İtaliyaya qayıda bilər. “La Gazzetta dello Sport” qəzetinin məlumatına görə, Salah “Roma”ya qayıtmağı düşünür.

Amma bildirilir ki, maliyyə problemləri nəzərə alınmaqla, razılaşma əldə etmək çətin olacaq. Məhəmməd hazırda ildə 12 milyon avro xalis qazanır, “Roma”nın isə maaş limiti 4 milyon avrodur.

Seçilən
8
4
publika.az

6Mənbələr