AZ

İranın ali liderindən İraqa gizli mesaj – diqqətçəkən görüş baş tutdu

İran mediası regionda diqqət çəkən diplomatik təmas barədə məlumat yayıb.

Musavat.com xəbər verir ki, İranın İraqdakı səfiri Məhəmməd Kazım Əl-Sadiq İraqın İslam Ali Şurasının rəhbəri şeyx Həmmam Həmudi ilə görüş keçirib və bu görüş zamanı İranın yeni ali lideri Müctəba Xamenei tərəfindən göndərilmiş şəxsi mesajı ona çatdırıb.

Məlumata əsasən, mesajın məzmunu açıqlanmasa da, görüş zamanı İran tərəfi İraq şiə dini dairələrinin mövqeyini yüksək qiymətləndirib və Həmudinin regional hadisələrlə bağlı mövqeyi xüsusi vurğulanıb.

Qeyd olunur ki, Müctəba Xamenei son dövrlərdə ictimaiyyət qarşısına çıxmayıb. Onun atası, keçmiş ali lider Əli Xameneinin öldürülməsindən sonra yalnız yazılı bəyanatlarla çıxış etdiyi bildirilir.

Musavat.com

Seçilən
60
musavat.com

1Mənbələr