ain.az, Axar.az portalına istinadən məlumat verir.
İran tezliklə ABŞ-ın mühüm hədəflərinə yeni zərbələr endirəcək.
Axar.az xəbər verir ki, bunu SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi deyib.
"Amerika radarlarının və logistikasının pozulması və itkilərin artması davam edir. İranın kəşfiyyat və zərbə əməliyyatlarında üstünlüyünü nəzərə alsaq, ABŞ-ın İran sərhədlərindən geri çəkilməkdən başqa seçimi yoxdur. Amerikanın AWAKS (havadan xəbərdarlıq və idarəetmə sistemi – red.) təyyarələrinin, tankerlərinin və məhv edilmiş anqarların qalıqları öz sözünü deyir.
Tezliklə bu siyahıya daha qiymətli obyektlər əlavə olunacaq",- o bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.