AZ

Radiasiya yayır deyib qonşularının internetini kəsdi

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Rusiyanın Rostov vilayətində yaşlı qadın qonşularını internetsiz qoyub. Bataysk şəhərinin sakini olan pensiyaçı qadın çoxmənzilli binada mütəmadi olaraq internet kabellərini kəsir.Demokrat.az xəbər verir ki, hadisə yerli sakinlərin narazılığına səbəb olub. Qadın öz hərəkətlərini şüalanma nəticəsində səhhətinin pisləşməsi ilə izah edir. Bina sakinləri dəfələrlə sahə müvəkkilinə müraciət etsələr də, polis əməkdaşları qadının mənzilinə daxil ola bilmirlər. O, qapını heç kimin üzünə açmır.Polis əməkdaşları binanı tərk etdikdən sonra qadın yenidən dəhlizə çıxaraq naqilləri doğrayır. Qonşular bu anları videoya çəkərək internetdə paylaşıblar. İnternet provayderləri artıq bir neçə dəfə təmir briqadalarını əraziyə göndərməli olublar.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
89
50
demokrat.az

10Mənbələr