Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ikinci oyununa çıxacaq.
İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Syerra Leone yığması ilə üz-üzə gələcək. Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyun olacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş 19:00-da start götürəcək.
“FIFA Series – 2026”
30 mart
19:00. Azərbaycan – Syerra Leone
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu