17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz qrupdakı son oyununda Maltanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Xatırladaq ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu milli turnirdəki ilk iki oyununda heç-heçə ilə kifayətlənib. Bolqarıstanla oyunda 1:1, Litva ilə görüşdə 0:0 hesabı qeydə alınıb. Son oyunda əldə olunacaq qələbə U-17-ni böyük ehtimalla növbəti mərhələyə çıxaracaq.
AÇ-2026
Seçmə mərhələ, 2-ci qrup
30 mart
14:00. Azərbaycan – Malta
Hakimlər: Trpçevski Stoyanço, Darko Vidiniç (hər ikisi Şimali Makedoniya), Todor Vukov, Georgi Stoyanov (hər ikisi Bolqarıstan).
Plovdiv. "Nikola Şterev–Ştarika" İdman Kompleksi.
