AZ

“Times of Israel” qəzeti: İranın hücumu İsrailin kimya zavodunda yanğına səbəb olub

“The Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinə (İMQ) istinadən xəbər verir ki, İsrailin cənubundakı kimyəvi zavoda İranın ballistik raketinin parçaları düşdükdən sonra yanğın baş verib.

“İrandan atılan ballistik raket İsrailin cənubundakı kimya zavoduna dəyib. Heç kim xəsarət almayıb, lakin yanğın baş verib və bu da təhlükəli kimyəvi maddələrin sızması ilə bağlı narahatlıqları artırıb”, – deyə açıqlamada bildirilir.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Daha sonra yanğın nəzarət altına alındıqdan sonra Ətraf Mühitin Mühafizəsi Nazirliyi ictimaiyyət üçün heç bir təhlükə olmadığını açıqlayıb.

Seçilən
31
veteninfo.az

1Mənbələr