AZ

Paşinyan Baş nazir postuna namizəd seçildi

BAKI, 30 mart. TELEQRAF

Ermənistanda "Vətəndaş müqaviləsi" partiyasının daxili səsvermənin iki mərhələsinin yekunları açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında paylaşım edib.

Baş nazir bildirib ki, səsvermənin nəticələrinə görə onun namizədliyi hökumət başçısı postuna irəli sürülüb.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Seçilən
54
10
teleqraf.com

10Mənbələr