Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümə yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, 20-ci turun oyunları eyni gündə keçiriləcək.
Saat 14:00-da “Ordu” “Gənclər”lə, 16:00-da “Neftçi” “Azərreyl”lə, 18:00-da “Murov Az Terminal” “Xilasedici” ilə üz-üzə gələcək.
Bütün qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.