AZ

İran İsrailin kimya zavodunu vurdu

İran İsrailin kimya zavoduna raket zərbəsi endirib. 

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, bazar günü İran İsrailin cənubundakı Beer-Şeva şəhəri yaxınlığında Neot Hovav sənaye zonasına raket zərbisi endirib. 

İsrail mediasının məlumatına görə, sənaye zonasında raket hücumuna məruz qalan müəssisə kimya maddələri istehsal edir. 

Zərbədən sonra sənaye zonasında böyük yanğın baş verib və sosial mediada ərazidən qalın tüstü qalxdığı görüntüləri yayımlanıb. Yerli hakimiyyət orqanları tərəfindən zonanın bütün giriş və çıxışları bağlanılıb. 

Kimyəvi sızma ilə bağlı narahatlıq ciddi təşvişə səbəb olub. İsrailin Ətraf Mühit Naziriliyi hadisənin təcili qarşısını almaq üçün zəruri tədbirlər görməyə başlayıb. 

Zərbə nəticəsində 11 nəfər yüngül xəsarət alıb. Sözügedən sənaye zonasında kimyəvi məhsullar istehsal edən bir çox müəssisələr yerləşir. 

İranın İslam İnqılabı Keşikçiləri Korpusunun rəsmiləri bəyan ediblər ki, onların hücumu sənaye zonasının özünü deyil, zonanın yaxınlığındakı hərbi obyektə hədəflənmişdi. 

Seçilən
40
30
cebheinfo.az

10Mənbələr