Bakı. Trend:
ABŞ Prezidenti Donald Trump Belarus lideri Aleksanandr Lukaşenkoilə görüş keçirməyi planlaşdırır.
Trend-inməlumatına görə, bu barədə Donald Tramp “Truth Social” hesabındapaylaşım edib.
Onun sözlərinə görə, ötən həftə Belarusda səfərdə olan xüsusinümayəndəsi Con Koul Aleksandr Lukaşenko ilə danışıqlar nəticəsindədaha 250 məhbusun azad edilməsinə nail olub.
Tramp qeyd edib ki, ötən ilin may ayından etibarən Lukaşenkotərəfindən əfv olunan məhbusların ümumi sayı 500-ü ötüb.
ABŞ Prezidenti Belarus liderinə təşəkkürünü ifadə edərəkbildirib ki, onunla növbəti Sülh Şurası iclası çərçivəsində görüşüsəbirsizliklə gözləyir.