AZ

Rasim Balayevlə vida mərasimi keçirilir –Prezident və Mehriban Əliyeva əklil göndərib

Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.

APA xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər.

Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Rasim Balayev dünən İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib.

Rasim Balayevin cənazəsi gecə Bakıya gətirilib.

 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndərib.

AzPost.az

Seçilən
7
13
azpost.info

10Mənbələr