
Eskalasiyanın başlanğıcından bəri ABŞ və İsrailin hava hücumları nəticəsində İranda təxminən 21 min mülki şəxs yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti “Telegram” kanalında məlumat yayıb.
“Cəmi 21 000 mülki şəxs yaralanıb, onlardan 1731-i 18 yaşdan kiçik, 4163-ü isə qadındır”, - məlumatda bildirilib.