AZ

Misirdə sui qəsd şübhəliləri saxlanıldı

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misir Daxili İşlər Nazirliyi, dövlət resurslarına zərər vurmaq məqsədi daşıyan terror hücumları planlaşdırmaqda və Misir Prezidenti Əbdülfəttah əs-Sisini öldürməkdə ittiham olunan Müsəlman Qardaşları ilə əlaqəli ƏSM terror hərəkatının üzvlərinin həbs olunduğunu elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Daxili İşlər Nazirliyi açıqlamasında bildirib ki, həbs olunanlar arasında Müsəlman Qardaşlarının aparıcı simalarından biri olan Mahmud Məhəmməd Əbdül-Vanisin də olduğu bir neçə ittihamla həbs olunub. Bunlardan ən əhəmiyyətlisi 2022-ci ildə prezident təyyarəsinə hücum cəhdi olub.

Dindirmə zamanı əl-Vanis ölkənin ali rəhbərliyinə qarşı bir sıra terror planlarının hazırlanmasında və əlaqələndirilməsində birbaşa iştirakını, eləcə də çoxsaylı terror hücumlarında iştirakını təsdiqləyib.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
redaktor.az

2Mənbələr