AZ

Su basan “Mehdi Hüseynzadə” Syerra Leone ilə oyuna hazırdımı? AFFA dan cavab

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Millimiz bu gün “FİFA Series” beynəlxalq turnirində son oyununu keçirəcək. Komanda saat 19.00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Syerra Leoneni sınağa çəkəcək.Xatırladaq ki, yığmanın Sent Lüsiyaya qarşı keçirdiyi ilk matç bizimkilərin tarixinin ən böyükhesablı qələbəsini qazanmasıyla nəticələndi. İş ondadı ki, gecə saatlarında oyunun keçirildiyi idman qurğusunun paltardəyişmə otağını su basdı. Çox keçmədən, həmkarlarımıza açıqlama verən “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev problemə görə klubun məsuliyyət daşımadığını bildirdi.Bəli, səbəb ortadadı: həmin günlərdə Sumqayıt da daxil olmaqla ölkənin əksər yerlərində normadan artıq yağış yağdı. Bəs, bu məsələ araşdırılıbmı? Problem aradan qaldırılıbmı?Bu suallarla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Murad Axundova müraciət etdik. Federasiya rəsmisi “Football-plus.az”a qısa açıqlamasında problemin aradan qaldırıldığını, stadionun Syerra Leone ilə oyun üçün hazır olduğunu bildirsə də, ilk sualımızı cavablamadı.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
icma.az

2Mənbələr