AZ

Avropa Komissiyası Ukraynanın müdafiə sektoruna 1,5 milyard avro ayırdı

Avropa Komissiyası (AK) Ukraynaya silah tədarükü və bu ölkənin hərbi-sənaye kompleksinin təkmilləşdirilməsi məqsədilə 1,5 milyard avroluq investisiya proqramını təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
 
Sözügedən vəsait xüsusi hərbi proqram çərçivəsində həm Avropa, həm də Ukrayna müdafiə sənayesinin modernləşdirilməsinə sərf ediləcək.
 
Ayrılan məbləğin 700 milyon avrosu rəsmi Kiyev üçün raketlər, döyüş sursatları və pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sistemlərinin tədarükünə yönəldiləcək. Proqramın digər 260 milyon avroluq hissəsi isə birbaşa Ukraynanın hərbi istehsalat sahələrinin inkişafı üçün nəzərdə tutulub.
 
Layihənin icrasına bu il martın 31-dən başlanılması planlaşdırılır.
 
Seçilən
6
2
moderator.az

3Mənbələr