AZ

Azərbaycanın Syerra Leone ilə oyunu bu kanalda yayımlanacaq

Bu axşam dünya futbol arenalarında maraqlı qarşılaşmalar baş tutacaq.

Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, Azərbaycan millisinin əsas komandası da bu gün yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Azarkeşlər Azərbaycan - Syerra Leone oyununu 19:00-dan etibarən "CBC Sport" TV-də izləyə biləcəklər.

Günün digər maraqlı qarşılaşmasında isə Almaniya millisi Qana yığması ilə üz-üzə gələcək. Bu qarşılaşma da saat 22:45-dən başlayaraq "CBC Sport" TV-də canlı yayımlanacaq. 

Seçilən
16
2
musavat.com

3Mənbələr