AZ

Anasını öldürən Anarla bağlı təfərrüatlar

Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəlliməsi olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi olub. Ötən il yaşı ilə bağlı əmək pensiyasına çıxıb.

Məlumat üçün bildirək ki, Çiçək Sərdarova ruhi xəstə olan oğlu Anar Allahverdiyev tərəfindən küt alətlə qətlə yetirilib. Daha sonra isə özünü sürtkü ilə yandıraraq öldürüb.

Qeyd edək ki, qətli törədən 33 yaşlı Anar Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin məzunu olub. Sonradan A. Allahverdiyevin sonradan psixi problemləri yaranıb və xəstəliyə çevrilib.

Seçilən
43
publika.az

1Mənbələr