AZ

Karni Çukvuemekanın 97 matçlıq qəribə karyera rekordu

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Borussiya Dortmund" forması geyinən gənc istedad Karni Çukvuemeka dünya futbol tarixində nadir rast gəlinən bir statistika ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, peşəkar karyerası ərzində 97 rəsmi matçda meydana çıxan futbolçu, bu oyunların heç birində 90 dəqiqəni tamamlaya bilməyib.

Statistikaya görə, o, 79 dəfə oyuna sonradan daxil olub, 18 dəfə isə ilk 11-də başlamasına baxmayaraq matç bitmədən əvəzlənib. Bu maraqlı göstərici futbolçunun dözümlülüyü və ya oyun üslubu ilə bağlı müxtəlif müzakirələrə yol açıb.

Azarkeşlər Çukvuemekanın nə vaxtsa 90 dəqiqəni meydanda tamamlayıb-tamamlamayacağını maraqla gözləyir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
fanat.az

3Mənbələr