AZ

Umarali Raxmonaliyevin yığması qələbə qazandı

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Umarali Raxmonaliyevin yığması qələbə qazandı

"Sabah"ın futbolçusu Umarali Raxmonaliyevin dəvət aldığı Özbəkistan yığması FİFA Seriyası çərçivəsində Venesuela milli komandası ilə üz-üzə gəlib.

QOL.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Qalibin adı penaltilər seriyasında müəyyənləşib. On bir metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən Özbəkistan yığması 5:4 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Umarali Raxmonaliyev matçı ehtiyat oyunçular skamyasından izləyib.

Xatırladaq ki, Özbəkistan yığması martın 27-də Qabon millisi ilə üzləşib və rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
2
qol.az

3Mənbələr