AZ

NATO Türkiyə istiqamətində uçan İran raketinin zərərsizləşdirildiyini açıqlayıb » AzadMedia.az

NATO

NATO Türkiyə istiqamətində hərəkət edən İran mənşəli raketin zərərsizləşdirildiyini bəyan edib.

Alyansın sözçüsü Ellison Hart bildirib ki, martın 30-da NATO qüvvələri Türkiyəyə doğru yönəlmiş ballistik raketi uğurla ələ keçirib.

Bu açıqlama Türkiyə Müdafiə Nazirliyi tərəfindən verilən məlumatı da təsdiqləyir.

“NATO bu cür təhdidlərə hazırdır və müttəfiqlərin təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün addımları atacaq”, – deyə sözçü vurğulayıb.

Məlumatı France 24 yayıb.

Seçilən
69
1
azadmedia.az

2Mənbələr