AZ

Husilər gözlənilməz planı ELAN ETDİLƏR Bakıya mühüm xəbər

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı Qırmızı dənizi Bab əl-Məndəb boğazı vasitəsilə Süveyş kanalına birləşdirən mühüm dəniz yolunu bağlamaqla hədələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın informasiya nazirinin müavini Məhəmməd Mənsur danışıb.

Onun sözlərinə görə, belə addım atılsa, dünya bazarında neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər.

Mənsur qeyd edib ki, bu halda Avropa iqtisadiyyatı ciddi şəkildə çətin vəziyyətə düşəcək.

O əlavə edib ki, husilər Bab əl-Məndəb boğazı üzərindən keçən bütün dəniz yollarını bağlamaq imkanına malikdir və bu halda Asiya ilə Avropa arasında dəniz daşımaları iflic ola bilər.

Qeyd edək ki, sözügedən boğaz dünya ticarəti və enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyır. Buradan gündə milyonlarla barel neft və böyük həcmdə yük daşınır ki, mümkün blokada qlobal bazarlarda ciddi dalğalanmalara səbəb ola bilər.

Husilərin neftlə bağlı planı Azərbaycan neftinin də qiymətinin kəskin artmasına səbəb ola bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
globalinfo.az

1Mənbələr