AZ

Ana və qızını avtomobil vurdu

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Natəvan Sofiyeva və onun 2022-ci il təvəllüdlü qızı Mədinə Tağıyevanı avtomobil vurub.

Qəza nəticəsində ana və azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
35
12
nocomment.az

10Mənbələr