AZ

87 ci dalğa həyata keçirilib “Komandirlərin toplandığı 4 obyekt məhv edilib”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İran "Gerçək vəd – 4" əməliyyatının 87-ci dalğasını həyata keçirib.

Bu barərə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

" SEPAH Hərbi Dəniz Qüvvələri kəşfiyyat və əməliyyat tədbirləri nəticəsində ABŞ ilə İsrailin komandirlərinin toplandığı 4 obyekti məhv edib", - məlumatda bildirilib .

Əlavə edilib ki, Birləşmiş Ərəb Əmirliklərində yerləşən Minhad bazasından kənarda yaradılan komandanlıq mərkəzi atəşə tutulub: "Həmin mərkəzdə 200-dən çox amerikalı komandir və orta rütbəli zabit olub".

SEPAH digər kombinə edilən əməliyyat zamanı Bəhreyndəki əsas qarnizonun xaricində ABŞ-nin 5-ci Donanmasının komandirlərinin gizli yerləşmə yerinə dron hücumu edib. 

"Üçüncü ölkənin bayrağı altında üzən və İsrailə məxsus olan bir konteyner gəmisi də SEPAH Hərbi Dəniz Qüvvələrinin raket zərbəsinə məruz qalıb",- qeyd edilib.

Bildirilib ki, Səudiyyə Ərəbistanının Dəzhran bölgəsinin sahillərində bazadan kənarda yerləşdirilən və F-16 qırıcılarını istiqamətləndirən ABŞ-yə məxsus hava xəbərdarlığı radarı da vurulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
5
azpolitika.info

6Mənbələr