AZ

Zelenskinin maaşı açıqlandı

ain.az, Unikal.az saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin aylıq maaşı 28 min qrivnadır (təxminən 1084 manat). 

"Unikal" xəbər verir ki, bu barədə Dövlət başçısının rəsmi saytında aktiv bəyannaməsində açıqlanan məlumatda bildirilib. 

Zelenskinin 2025-ci il üçün gəlirinin prezidentlik maaşından, bank faizlərindən və daşınmaz əmlak kirayəsindən ibarət olduğu bildirilir. Onun ümumi gəliri təxminən 7 milyon qrivnaya (təxminən 1 milyon 356 min manat) çatıb.

Ukrayna liderinin aktiv strukturunda kiçik dəyişikliklər olub: bəyannamədə 595.000 dollar nağd pul, İsveçrə bank hesabına yatırılan 342.631 avro və digər bank hesablarında olan qrivna, dollar və avro vəsaitləri də göstərilir.

2024-cü ildə Zelenski və ailəsi 15 milyon qrivnadan çox bəyan ediblər. 2022-ci ildə bu rəqəm 3,7 milyon qrivna (98.000 dollardan çox) olub. 2021-ci ilin sonuna qədər Zelenskinin gəliri 11 milyon qrivnaya (cari məzənnə ilə 290 min dollardan çox) yaxınlaşırdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
3
unikal.az

10Mənbələr