AZ

Hesabına səhvən köçürülən 1 milyon dollardan imtina etdi

Hindistanda bir qadın hesabına yanlışlıqla köçürülən böyük məbləğdən imtina etməklə diqqət çəkib.

Musavat.com xəbər verir ki, qadın bankomat vasitəsilə balansını yoxlayarkən hesabına gözlənilmədən 100 milyon Hindistan rupisi (1 milyon dollardan çox) köçürüldüyünü görüb. Buna baxmayaraq, o, vəsaitdən istifadə etməyib.

Qadın dərhal bank əməkdaşlarına müraciət edib və vəziyyəti izah edib. Aparılan araşdırma zamanı məlum olub ki, pul texniki səhv nəticəsində başqa hesaba deyil, məhz onun hesabına yönləndirilib.

Hazırda bank tərəfindən həmin vəsaitin geri qaytarılması proseduru həyata keçirilir.

 

Musavat.com

Seçilən
20
23
musavat.com

10Mənbələr