Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Zaur Hüseynovu vurub.
Ağır xəsarətlər alan 63 yaşlı piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb, hadisənin başvermə səbəbləri araşdırılır.
Mətləb