AZ

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara münasibət bildirib.

"Report"un məlumatına görə, o, "Al Jazeera"yə verdiyi açıqlamada bildirib ki, ABŞ Prezidenti Donald Tramp Amerika qoşunlarını Xarq adasına yerləşdirmək qərarına gələ bilər, lakin onların geri qaytarılması məsələsi Vaşinqtondan deyil, Tehrandan asılı olacaq.

"Tramp qoşunlarını Xarq adasına göndərmək qərarına gələ bilər. Lakin bu halda onların geri qayıtması ilə bağlı qərarı İran tərəfi verəcək", - deyə Aref bildirib.

Seçilən
65
far.az

1Mənbələr