AZ

WSJ: Trampın İran əməliyyatında prioritetləri açıqlanıb

BAKI, 31 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi əməliyyatı Hörmüz boğazı tamamilə açılmasa belə başa çatdırmaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti etibarlı mənbələrə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ rəhbərliyi Hörmüz boğazında gəmilərin hərəkətinin bərpası işinin altı həftəlik əməliyyat planını poza biləcəyini müəyyən edib. Tramp isə əsas məqsədlərə, İran Hərbi Dəniz Qüvvələrinin zəiflədilməsi və raket ehtiyatlarının məhv edilməsinə nail olduqdan sonra hərbi əməliyyatları dayandırmağı və Tehrandan gəmilərin hərəkətini diplomatik yolla bərpa etməsini tələb etməyi qərara alıb. Əgər diplomatik metodlar uğursuz olsa, ABŞ Avropa və Fars körfəzi ölkələrinə təzyiq göstərərək boğazın açılmasını təşviq etməyə çalışacaq.

Seçilən
44
teleqraf.com

1Mənbələr