AZ

“Hizbullah” bir gündə 5 İsrail hərbçisini öldürdü... İsrail mediası FOTO

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“"Nəşrinə icazə verilib: ""Naxal" briqadasının 934-cü taborunun kəşfiyyat bölməsindən 4 əsgər Livanın cənubundakı döyüşlər zamanı həlak olub."

Moderator.az xəbər verir ki, İsrail saytlarının yaydığı məlumatda belə deyilir.

Xəbərdə daha sonra həlak olanların adları sadalanır:

"Kəşfiyyat bölməsinin komandiri, Sderotdan olan 22 yaşlı kapitan Noam Madmoni.

Lehavimdən olan 21 yaşlı çavuş Ben Koen.

Bat Yamdan olan 21 yaşlı çavuş Maksim Entis.

Dördüncü əsgərin adı daha sonra dərc olunacaq."

Məlumatda digər bir əsgərin ağır yaralandığı bildirilir. "Digər iki əsgər (bir çağırışçı və bir ehtiyatda olan) orta dərəcəli yaralar alıb. Yaralılar xəstəxanaya aparılıb"- xəbərdə belə deyilir.

“İslamtimes” nəşri ivritdilli digər media vasitələrinə istinadla  30 mart gecə saatlarında yazıb ki, bir neçə saat əvvəl onlarla İsrail hərbçisi Cənubi Livanda böyük pusquya düşüb, təxliyə əməliyyatı davam edir, lakin hərbi senzura heç bir məlumatın yayılmasına icazə vermir.

Bəzi media qurumları bu pusqu nəticəsində azı 4 yəhudi hərbçinin öldüyünü bildirir.”

""Hizbullah" bu gün bazar ertəsi səhərdən indiyə qədər həyata keçirdiyi 40 əməliyyat çərçivəsində Cənubi Livanda İsrail rejiminin ordusuna məxsus 6 hərbi texnikanın, o cümlədən "Merkava" tankları və buldozerlərin məhv edildiyini açıqlayıb"- deyə xəbərdə əlavə olaraq bildirilir.

Xatırladaq ki, dünən – martın 30-da İsrail mediasının “SAXAL”-a istinadla yaydığı xəbərlərdə Livanın cənubunda 19 yaşlı digər bir israilli çavuşun da öldürüldüyü bildirilirdi.

Beləliklə, gün ərzində həlak olan İsrail hərbçilərinin sayı 5-ə çatıb. Yerli medianın rəsmi mənbələrə istinadla məlumatına görə, İrana qarşı "Aslan nəriltisi" əməliyyatı başlayandan bəri İsrailin şimalında və Livanın cənubunda 10 yəhudi əsgər və üç mülki şəxs həlak olub, 30-dan çox döyüşçü yaralanıb.

S.Laçın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
moderator.az

2Mənbələr