AZ

İrandan Trampın Xark adası planına sərt cavab

ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkianın birinci köməkçisi Məhəmməd Rza Arif ABŞ-nin Xark (Kharg Island) adasına çıxarma ehtimalı ilə bağlı planlarına kəskin reaksiya verib.

Marja xəbər verir ki, Arif sosial şəbəkə paylaşımında bildirib ki, Tramp yalnız Xark adasına əsgər göndərmək barədə qərar verə bilər, lakin onların geri qayıdışı ilə bağlı qərar artıq ona aid olmayacaq. O, “çünki cəhənnəmdən heç kim evinə geri dönmür” ifadəsi ilə ABŞ-yə açıq xəbərdarlıq edib. Bu açıqlama, bölgədə gərginliyin yüksək həddə qaldığı bir vaxtda səslənib. 

ABŞ Prezidenti Donald Tramp isə Financial Times-a verdiyi müsahibədə İranın neftini “ələ keçirmək” istədiyini demiş, ölkənin əsas ixrac mərkəzi olan Xark adasının nəzarətə götürülməsinin variantlardan biri olduğunu bildirmişdi. Financial Times-ın daha əvvəlki və sonrakı materiallarında da Trampın İranın enerji infrastrukturu, xüsusən də Xark adası üzərində təzyiq variantlarını açıq şəkildə gündəmdə saxladığı görünür.  

Qeyd edək ki, Xark adası İran neft ixracının əsas qovşaqlarından biridir və burada hər hansı hərbi eskalasiya qlobal enerji bazarları üçün ciddi risk hesab olunur. Həmçinin Hürmüz boğazı ətrafındakı gərginlik və regional enerji marşrutları üzərində təzyiq beynəlxalq bazarlarda narahatlığı artırır. 

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
marja.az

2Mənbələr