AZ

Azərbaycan və İran XİN rəhbərləri bölgədəki

Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə edilib.

 

Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.

 

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Telefon danışığı barədə özünün "Telegram" kanalında Abbas Əraqçi də məlumat bölüşüb. O da vurğulayıb ki, söhbət zamanı bölgədəki son proseslər və ikitərəfli münasibətlər müzakirə olunub.

Seçilən
26
18
senzor.az

10Mənbələr