Hörmüz boğazının bağlı qalmasına baxmayaraq, Donald Tramp köməkçilərinə İrana qarşı hərbi əməliyyatlara son qoymağa hazır olduğunu bildirib.
"Yeni Sabah" The Wall Street Journal-a istinadla xəbər verir ki, Ağ Ev rəsmilərinin sözlərinə görə, ABŞ Prezidenti İranın dəniz və raket ehtiyatlarının və mövcud hərbi əməliyyatları məhdudlaşdırmaq kimi əsas məqsədlərə çatmalı, habelə Tehrana sərbəst ticarəti bərpa etmək üçün diplomatik təzyiq göstərməli olduğu qənaətinə gəlib.
Bu, uğursuz olarsa, Vaşinqton Avropa və Fars körfəzindəki müttəfiqlərinin Hörmüz boğazını açmaq təşəbbüsünü göstərməsində israr edəcək.
Telegram kanalımız