AZ

Sumqayıtda 4 mikrorayon qazsız alacaq

Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq.

"Yeni Sabah" xəbər verir ki, qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 və 6-cı mikrorayonları üzrə abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təxminən 30 min abonentə qazın verilişi saat 11:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.


Telegram kanalımız
Seçilən
6
20
yenisabah.az

10Mənbələr