AZ

Azərbaycanın U-21 millisi Bolqarıstanla qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

"Unikal" xəbər verir ki, B qrupunda yer alan Rəşad Eyyubovun komandası səfərdə Bolqarıstanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, 6 turdan sonra 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan Azərbaycan millisi 5 xalla qrupda 5-ci pillədə qərarlaşıb. 10 xalı olan Bolqarıstan isə 4-cü yerdədir.

31 mart

Avro-2027 seçmə mərhələ

20:00.Bolqarıstan U-21 - Azərbaycan U-21

Baş hakim: Denis Şurman (Ukrayna)

Xristo Botev satdionu

Seçilən
26
13
unikal.az

10Mənbələr