AZ

İranda terror aktları törətməkdə ittiham olunan daha iki nəfər edam edilib

İranda müxalif "Mücahidin-e Xalq" (İran xalqının mücahidləri təşkilatı) təşkilatı ilə əlaqədə ittiham olunan daha iki nəfər edam edilib.

"Far.Az" xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.

Onlar partlayıcı qurğuların hazırlanmasında, həmçinin dövlət qurumlarına qarşı qumbaraatanla terror aktlarının törədilməsində təqsirli bilinib.

"İranın Ali Məhkəməsi hökmü təsdiq edib. Martın 31-i səhər məhkumlar edam olunub", - məlumatda qeyd edilib.

Xatırladaq ki, dünən İran mediası "Mücahidin-e Xalq" qruplaşmasının iki üzvünün edamı barədə məlumat vermişdi.

Seçilən
18
1
far.az

2Mənbələr