AZ

9 avtomat, 1 pulemyot, ... - Qanunsuz silahlar aşkarlandı

Martın 30-da polis əməkdaşları paytaxt və ölkənin ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 pulemyot, 1 tapança, 5 qumbara, 2 qumbaraatan, 2 alışdırıcı, 17 tüfəng, 27 patron darağı və 591 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
36
24
ucnoqta.az

10Mənbələr