ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı bəlli olub.
"Cebheinfo.az" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək.
Qarşılaşma mayın 28-də, yerli vaxtla saat 13:30-da start götürəcək.
Azərbaycan komandası mayın 29-da, saat 15:45-də İtaliya ilə, 30-da, saat 13:15-də isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.