AZ

Ukrayna millisi İspaniyada qarət olundu

ain.az, Fanat saytına istinadən bildirir.

Ukrayna milli komandası İsveçlə oyun ərəfəsində soyğunçuluğun qurbanı olub.

Fanat.Az xəbər verir ki, "sarı-göylər" İspaniyanın Benidorm şəhərində təlim-məşq toplanışı zamanı oteldə qarət edilib. 

Bu barədə məlumatı insayder İqor Burbas yayıb. O, məşqçi və futbolçulardan minlərlə avro və qiymətli əşyaların oğurlandığını qeyd edib:

"Milli komanda sözün əsl mənasında qarət edildi. Bu, komanda olmadığı zaman oteldə baş verdi. Naməlum şəxslər otaqlara girərək oyunçuları və məşqçi heyətini qarət etdilər. Onlar minlərlə avro dəyərində pul və bahalı əşyaları, saatları apardılar. Məsələn, Sergey Rebrovun köməkçisi Alberto Boşdan 1800 avro oğurlanıb. Komandanın belə hadisədən sonra əhval-ruhiyyəsi necə ola bilər?".

Xatırladaq ki, Ukrayna milli komandası seçmə mərhələnin pley-off mərhələsinin yarımfinalında İsveçə məğlub olaraq (1:3) 2026-cı il dünyaçempionatına vəsiqə qazana bilməyib.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
fanat.az

2Mənbələr